İran

İrana qarşı silah sanksiyasının müddəti uzadılacaqmı?

6 ərəb ölkəsi İrana qarşı silah təhriminin uzadılmasına tərəf çıxıb. Bunlar Xəlic Həmkarlıq Şurasına daxil olan Kuveyt,Ərəbistan, Qətər, İmarat, Bəhreyn və Omandır. Məlumata görə, şuranın baş dəbiri Nayef Fəllah Mübarək əl-Hicrəf Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasına namə göndərib. Habelə şuranı İranın silah proqramının inkişafının qarşısını almaq üçün  tədbirlər görməyə çağırıb.  “Silah, ona aid maddələrin İrana və ya oradan göndərilməsi, satılması, təmin edilməsi ilə məşğul olan şəxslərin daarayilərinin bilərəkdən dondurulması vacibdir. Onların səfərlərinə qadağa qoyulması üçün tədbirlər görülməlidir. İran bütün bölgə boyu silahlandırmanı genişləndirməyi davam etdirir. Bu Xəlic Həmkarlıq Şurası üzvlərinin daxili işlərinə İranın nüfuzunu genişləndirən müdaxilə yönümlü bölgəsəl siyasətdir. Habelə Birləşmiş Millətlər Təşkilatının mənşuruna ziddir” deyə namədə bildirilib. Qeyd edək ki, son illərdə bu ölkələr arasındakı fikir ayrılıqları olub. Ancaq şuranın İrana qarşı silah təhriminin uzadılmasına dair naməsi təşkilatın  altı üzvünün həmrəyliyini sübut edib.

Related Articles

Bir cavab yazın

Back to top button