İran

İrana qarşı yeni qətnamə layihəsi təhlükəsizlik şurasına göndərildi

 

Amerika İrana qarşı silah təhriminin uzadılmasına dair yeni qətnaməsini Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasının üzvlərinə göndərib.

Layihəyə əsasən, İrana qarşı silah təhrimi Əmniyət Şurası tərəfindın yeni təsmim tutana qədər uzadılacaq.

Qətnamə layihəsinin mətni, habelə İrana qarşı silah təhriminin uzadılmasını “dünyada sülhü və əmniyəti qorumaq üçün zəruri” adlandırıb.

Amerika, Əmniyət Şurasının üzvlərindən yerli vaxtla səhər saat 10-a qədər qətnamə layihəsinin mətninə fikir bildirmələrini istəyib.

“Reuters” ajansı bilgili diplomatlara istinadən yazır ki, qətnamə layihəsinin daha çox Əmniyət Şurasının üzvləri tərəfindən dəstəklənmə şansı olsa da, neçə rəy qazana biləcəyi hələlik bəlli deyil.

Related Articles

Bir cavab yazın

Back to top button