İran

“Bu il İranla Ermənistan arasında ticarət həcmi 800 milyon dollara çatacaq”

İran-Ermənistan Birgə Ticarət Palatasının sədri İran və Ermənistan arasındakı ticarətin vəziyyəti ilə bağlı “Fars” Xəbər Agentliyinə açıqlamasında deyib

İran-Ermənistan Birgə Ticarət Palatasının sədri İran və Ermənistan arasındakı ticarətin vəziyyəti ilə bağlı “Fars” Xəbər Agentliyinə açıqlamasında deyib: “Bir neçə il əvvələ qədər biz Ermənistana yalnız enerji ixrac edirdik, indi isə Ermənistana əsas mal ixracatçılarından biriyik. Belə ki, biz Ermənistana Rusiya və Çindən sonra üçüncü ən böyük əmtəə ixracatçısıyıq və hətta Ermənistan bazarında Çini əvəz edə bilərik”.

Hervik Yarıcanyan İranın sənaye, mədən və ticarət nazirinin martın əvvəlində Ermənistana səfərinə toxunaraq bildirib: “Özəl sektor bu səfəri yüksək qiymətləndirir, çünki səfər zmanı İran və Ermənistan rəsmiləri arasında aparılan danışıqlara əsasən, İranın bu ölkəyə təkrar ixracı və Avrasiya, MDB bazarlarında geniş iştirakı sahəsində ölkəmiz üçün çox yaxşı və müsbət nailiyyətlərin olacağı proqnozlaşdırılıb”.

“İranın Ermənistana ixracının həcmi 20% artaraq 500 milyon dollara çatıb, halbuki əvvəllər bu ölkəyə ixracı 300 milyon dollar idi və ümid edirik ki, bu il Ermənistana ixrac dövriyyəmiz 800 milyon dollara çatacaq və daha sonra biz 1 milyard dollarlıq ixracat hədəfinə nail olacağıq”,-deyə o qeyd edib.

Xatırladaq ki, işğalçı Ermənistanla siyasi, iqtisadi və ticarət əlaqələrini maksimum genişləndirməyi özünə peşə seçən İran hökuməti, görünür, bunu xarici siyasətinin prioritetinə çevrib. Azərbaycanla mehriban qonşu, dost və qardaşlıqdan riyakarcasına dəm vuran Tehran hökuməti indiyədək bir dəfə olsun Ermənistanı rəsmi şəkildə və qətiyyətlə işğalçı dövlət adlandırmayıb, İran parlamenti isə üstündən 30 il keçməsinə baxmayaraq, Xocalı soyqırımını hələ də tanımayıb.

Related Articles

Bir cavab yazın

Back to top button