İran

Qarabağ savaşı bitəndən sonra İran Ermənistanla ticarət ilişkilərini genişləndirib

İrandan Ermənistana hər gün müxtəlif məhsullar daşıyan yük maşınlarının sayı 150-160 arasında dəyişir.

Bu haqda Ermənistanın Ərazi İdarəetmə və Alt Yapı vəziri Gnel Sanosyan bilgi verib.

Onun sözlərinə görə, İrandan Ermənistana gedən yük maşınlarının sayı artıb.

Erməni vəzir bildirib ki, iki ölkə arasında sınırlar açıqdır və gün boyu 5 şirkətə bağlı 150-160 yük maşını İrandan Ermənistana müxtəlif məhsullar daşıyır.

O, sonda “bəzi müşküllərə baxmayaraq”, iki ölkə arasında insanların gediş-gəlişinin də azalmadığını deyib.

Bildirək ki, İran əsasən Ermənistana ya neft məhsulları, ya da yanacaq daşıyan tankerlər göndərir.

Tehran bir müddət öncə İran maşınları və vətəndaşlarının Qarabağda Rusiya barışcıllarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedişini qadağan edib. Bununla belə, yenə də dolayısı ilə Qarabağda qalan erməni separatçılarına yardımını davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button