Sosial mediada müxtəlif şəhərlərdən yayılan şəkillər və videolardan görünür ki, insanlar ölkənin Dorud və Farsan kimi şəhərlərində küçələrə çıxaraq İslam rejimi əleyhinə şüarlar, o cümlədən “Xameneiyə ölüm!”, “Rəisiyə ölüm!”, “mollalar rədd olmalıdır” şüarları səsləndiriblər.
Lorestan əyalətinin bəzi şəhərlərindən yayılan videolarda əmniyət güclərinin atışma səsləri eşidilib. Borucerd sakini video yayaraq təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığını deyib.
Cümə axşamı gecəsi İranın bir sıra əyalətlərində keçirilən etiraz aksiyalarından sonra cümə günü şəhərlərdə sərt təhlükəsilik tədbirləri, eləcə də bu əyalətlərdə internetin, özəlliklə də mobil internetin dayandırılması haqda məlumatlar yayılıb.