İran

İranda əsas yeyinti məhsullarının qiyməti yüzd 30- 90 bahalaşıb

İranda düyü, yağ, və şəkər kimi əsas yeyinti məhsullarının qiyməti 1400-cü ilin əvvəlindən başlayaraq yüzdə 30- 90 artıb.

Bu haqda İranın “Yeyinti Məhsullarının Topdansatıcıları Birliyi”nin başqanı Qasıməli Həsəni xəbər verib.

Onun sözlərinə görə, bu məhsulların alışı isə ötən ilin eyni dövrünə nisbət yüzdə 30-35 azalıb.

Həsəninin sözlərinə görə, İran düyüsü 1400-cü ilin başlanğıcından yüzdə 38 bahalaşıb. Yəni fərvərdin ayında kilosu 31 min tümən olan düyü, indi 43 min tüməndir.

“Xordad ayında isə yağın qiyməti yüzdə 35 yüksəlib ki, bu da sözügedən məhsulun alışında azalmaya səbəb olub. Bir sözlə, qiyməti bahalaşan məhsulların insanlar tərəfindən alışı da əlbəttə ki, azalır”, – deyə Qasıməli Həsəni artırıb.

Related Articles

Bir cavab yazın

Back to top button