Azərbaycan

Güney Azərbaycanın sərvətindən gündəlik 50 milyard tüməni özgə Kerman Əyalətinə daşınır.

Vərziqanlı gənclər kəskin işsizlik və məhrumluqla didişdiklərin bir halda Süngün Mis Müctəməsi, Doğu Azərbaycanın və ölkənin ən önəmli mədən qaynaqlarından biri olaraq Vərziqan bölgəsində yerləşir, ondan gündəlik milyardlar tümən gəlir və faydalanma isə Kerman kimi bəzi özgə əyalətlərə nəsib olur.

Vərziqanlı gənclər kəskin işsizlik və məhrumluqla didişdiklərin bir halda Süngün Mis Müctəməsi, Doğu Azərbaycanın və ölkənin ən önəmli mədən qaynaqlarından biri olaraq Vərziqan bölgəsində yerləşir, ondan gündəlik milyardlar tümən gəlir və faydalanma isə Kerman kimi bəzi özgə əyalətlərə nəsib olur. Süngün Mis Yatağı İranın quzey-doğusunda dağlıq bir ərazidə, habelə Dünya Mis Zolağı üzərində yerləşir, 1 milyard tondan çox zəxirəsi, eləcə 796 milyonn ton çıxarıla biləcək zəxirəsi ilə dağıdılmış Süngün kəndinin xarabalıqları üzərində, Təbrizdən 130 kilomatr, Vərziqan Vilayətindən isə 30 kilometr aralıqda yerləşir. Təxmin olunur ki, bu yatağın qəti, ehtimal olunan və mümükün ümumi mis daşı tutumu, əyarı yüzdə 0.61 olmaqla 1 milyard 700 milyon tondur. Ölkənin Yerşünaslıq və Yataq İktişafı Təşkilatının bildirməsinə görə ölkənin yüzdə 40 mis zəxirəsi bu yataqdadır. Bu əyalətdə isə 1 milyard tondan artıq zəxirə ilə ölkənin mis zəxirəsinin yüzdə 30-u yerləşir. Amma Süngün Mis Yatağının bu misilsiz üstünlüklərinə rəğmən, bu yataq Doğu Azərbaycanda tamamilə bir mədən və sənəti trajedisinə çevrilib. Mədəndən illərdir ki, zəxirəsi xam satılır və illərdir ki, bu yataqdan çıxarılan mis Kerman Əyalətinə daşınır və ən yaxşı halda çıxarılan mis daşı yüzdə 25 konsantrəyə çevrilməklə sadirat üçün Hormuzqan Əyalətinə və ya da katod, mis şümşü ürətmək üçün yenidən Kermana sarı yüklənilir. Doğu Azərbaycanda Fəqihin təmsilçisi və Təbrizin İmam Cüməsi hüccət-ül-islam Seyid Məhəmmədəli Al Haşim deyir: “Süngün Mis Yatağı, bölgənin gəlişdirməsinə bir fürsətdir, amma bu Allah verən nemətin bərəkətləri və iqtisadi, gəlişmə mənafeyi və işlə məşğulluq imkanı bu Əyalətin özünə qayıtmalıdır və bir haldakı Doğu Azərbaycan bu bərəkətdən bəhrəsiz qalıb, Süngünün xam maddələri necə var xam satılmamalı, ondan gəlirlər və imkanlar sair əyalətlərə getməməlidir. Yaşam çevrəsini isə qorumaq üçün mədən tərhləri qabaqcıl teknolojilərlə olunmalı, və bununla da yaşam çevrəsi və doğaya daha az ziyan dəymiş olar. Habelə mədən maddələrinin xam satışı bölgənin iqtisadi mənafeyinə uyğun deyil. Süngün Misi Müctəməsi Doğu Azərbaycanın gəncləri və ali təhsillərini bitirənlərin işlə məşğulluqları baxımdan çox önəmlidir, və bu yataq belə məsələləri həll etməyə öz nəqşini ifa etməlidir.” Süngün Mis Müctəməsinin fəaliyyəti ilə bir neçə min nəfərə işlə məşğulluq, daha çox fəhləlik üzrə təmin olunmasına rəğmən, Vərziqan Vilayətinin fərmandarı Məhəmməd Bağır Xani vilayətdə Süngün kimi fərqli yataqlar olmasına baxmayaraq işsizlik müşkülü xüsusda dedikləri maraq doğurur. Məhəmməd Bağır Xani deyir: “vilayətin iş axtaranlarının çoxu Süngün Mis Yatağı Müctəməsində işləmək istəyirlər. Amma yanlış yollarla işləməyə müərrifi olunurlar.” . Doğu Azərbaycanın ustandarı Məhəmmədrza Purməhəmmədi deyir: hər gün 50 milyard tümən dəyərində mis konsantrəsi Əyalətdən Kerman Əyalətinə daşınır. Bu pul isə öz əyalətimizdə qalarsa buralar cənnətə çevrilər.

Related Articles

Bir cavab yazın

Back to top button