İran

İranda 3 etirazçı müəllimə 15 ildən çox həbs cəzası verildi

İranda azərbaycanlı müəllim də daxil olmaqla 3 etirazçı müəllimə 15 ildən çox həbs cəzası verilib. Bu barədə onların vəkili Ramin Səfərniya məlumat verib.

Vəkilin bildirdiyinə görə, Tehran şəhər Ümumi və İnqilab Məhkəməsinin 26-cı şöbəsi müəllim və tanınmış həmkarlar ittifaqı fəalı Rəsul Budaği barəsində “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat aparmaq” ittihamlarına görə ümumilikdə 5 il 6 ay həbs cəzası verib.

Bununla yanaşı, İran Müəllimlər Birliyinin fəal üzvü Cəfər İbrahimi eyni ittihamlarla 5 il, sözügedən birliyin sözçüsü Məhəmməd İbrahimi də eyni ittihamlara görə 4 il 7 ay həbs cəzasına məhkum edilib.

Hər üç müəllimə həbs cəzası ilə yanaşı, iki il müddətinə ictimai fəaliyyət göstərmək və ölkədən çıxmaq qadağası qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button