İran

İranda 4 məhbus edam edilib

Bu gün səhər saatlarında Məşhəd zindanında dörd məhkumun edam hökmü icra edilib. Bu barədə Xorasane-Rəzəvi vilayətinin Ədliyyə İdarəsi açıqlama yayıb. Məlumata görə, məhkumlar cinsi zorakılıq ittihamı ilə təqsirləndiriliblər. Belə ki, sözgedən şəxslər ötən ilin oktobrında Fəriman şəhərinə gələn qadın və kişi dağçını qaçırıblar. Onlar qaçırılan qadına toplu şəkildə təcavüz ediblər. Xorasane Rəzəvi Cinayət Məhkəməsi həmin şəxslər barəsində edam hökmü çıxarıb. Daha sonra Ali Məhkəmənin 19 saylı şöbəsi tərəfindən hökm təyid edilib. Bildirək ki, İran dünya üzrə edam hökmlərinin ən çox icra edildiyi ölkələrdən biridir. Çox vaxt ölkədə icra edilən edam hökmləri barədə bilgi verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button