Azərbaycanİran

İran hakimiyyətinin Güney Azərbaycana qarşı assimilyasiya siyasəti davam edir

İranın daxili işlər naziri Əhməd Vəhidi Qərbi Azərbaycanın valisinə məktub ünvanlayaraq əyalətin bir sıra inzibati ərazilərin adlarının dəyişdirildiyini bildirib.

Nazir məktubda nazirlər kabinetinin bir sıra coğrafi adlarının dəyişdirilməsi barədə qərarı əyalətin valisi Məhəmməd Sadıq Mötəmidiana bildirib.

Qərara əsasən, Güney Azərbaycanın Qərbi Azərbaycan Əyalətində yerləşən Təzə Kənd şəhərinin adı Taxt Süleyman adına, həmçinin Çaybasar qəsəbəsinin Pezi kəndinin adı “Pezik” sözünə, habelə Çarıq qəsəbəsinin Zola və Behik kəndlərinin adları birləşdirilməklə Zolabehik adına dəyişdirilib.

Xatırladaq ki, İranın keçmiş krallıq və davamında indiki dini-şovenist hakimiyyəti Qacarlar sülaləsi çökdürüləndən sonra Güney Azərbaycana qarşı coğrafi, sosial, iqtisadi və sair assimilyasiya siyasətini yürüdür.

Bu istiqamətdə, o cümlədən Ocan şəhərinin adı Bostanabad, Xiyav şəhərinin adı Meşginşəhr, Qaradağ bölgəsinin Ərəsbaran, Tikantəpə şəhərinin adı Tikab, Qoşaçay şəhərinin adı Miandoab adına dəyişdirilib. Bunlara oxşar yüzlərlə misal gətirmək olar.

Related Articles

Bir cavab yazın

Back to top button