İran

İranda bəhai təriqətinə inananların təhsil almasına imkan verilmir

İranda qeyei-İslama, o cümlədən qeyri-şiəliyə qarşı ayrı-seçkilik siyasətinin davamı olaraq, "HRANA" xəbər ajansı məlumat yayıb ki, daha 6 bəhai gəncin universitet təhsili almasına icazə verilməyib.

Xəbərə görə, bəhai firqəsinə inanan vətəndaşlar qəbul imtahanlarında yüksək nəticə göstərsələr də, İranın Təhsil Nazirliyinin əmri ilə universitetə qəbul olunmayıblar.

Məlumata əsasən, son 6 bəhai ilə birlikdə bu il ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququndan məhrum edilən bəhailərin umumi sayı 31-ə çatıb.

Qeyd edək ki, bəhailər İranda yaşayan ən böyük dini azlıqlardan hesab edilsələr də, İslam Respublikası onları rəsmi olaraq tanımır. Hətta bu ilin yanvarında SEPAH-a bağlı “Fars” xəbər ajansının yaydığı məlumata görə, “Bəhailik, xəyanət dairəsi” adı altında keçirilən tədbirdə bəhailər əleyhinə poster və ya karikatura çəkən 6 nəfər “üstün şəxslər” qismində mükafatlandırılıblar.(https://t.me/AzadIranTelegram/9078)

Related Articles

Bir cavab yazın

Back to top button