İran

İranda bəhailərə artıq ölülərini öz qəbiristanlıqlarında basdırmalarına da icazə verilmir

Bəhai icmasının yaydığı məlumata görə, son bir ayda neçənci dəfədir Tehranın bəhailərə məxsus "Gülüstan" qəbiristanlığında onlara öz ölülərini dəfn etməyə icazə verilməyib.

Məlumatda deyilir ki, bəhailər dünyasını dəyişən yaxınlarını “Xavəran” adlı kimsəsizlər məzarlığında dəfn etməyə məcbur ediliblər.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikası bəhai dinini tanımır. Onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. Ölkədə bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Related Articles

Bir cavab yazın

Back to top button