İranVideo

İranda benzin üsyanı: 12 nəfər həlak olub – VİDEO

İranın bir çox bölgələrində benzinin bahalaşmasına etiraz edən əhali polis zorakılığına cavab olaraq hərbi, dövlət və dini mərkəzlərə hücum edib.

Etirazlar ən azı 37 şəhərdə baş qaldırıb, o cümlədən Məşhəd, Sircan, Poldoxtar, Əhvaz, Abadan, Xürrəmşəhr, Təbriz, Şiraz, İsfahan, Bəndər Abbas, Həmədan, Xürrəmabad və Girmanşah şəhərlərində güclü etirazlar qeydə alınıb.

Məlumatıa görə, polisin etirazçılara açdığı atəş nəticəsində 12 nəfər həyatını itirib. Xalq buna cavab olaraq, hərbi, dövlət və dini mərkəzlərə, polis şöbələrinə, eləcə də dövlət banklarının şöbələrinə hücum edərək onlara od vurub.

Qəzəbli etirazçılar küçələrdə asılmış Xamneyinin və rejimin digər simalarının fotoları əks olunmuş plakatları yandırıblar. Od vurulan obyektlər içərisində İran Milli Bankının Behbahan şəhərində yerləşən şöbəsi də var.

Təbriz şəhərində etirazçılar aksiyaları dağıtmaq üçün gələn İran polisinə məxsus yanacaq doldurma məntəqəsində mənzillənmiş avtobuslara od vurub.

Paytaxt Tehranda isə etirazçılar “Millət” və “Gələcək” banklarının inzibati binalarını dağıdıb. Bundan başqa, narazı kütlə İranın Qüds şəhərinin İcra Hakimiyyətinin binasını yandırıb. Şiraz şəhərində isə aksiya iştirakçıları polis bölməsinə hücum edib. İslamşəhrdə qəzəblənmiş əhali  polisin istehkamlarına od vurub. İsfahan şəhərində “Ticarət” bankı yandırılıb. Məaliabadda baş verən toqquşmalarda etirazçıların qarşısını ala bilməyən polis qüvvələri qaçmağa məcbur olub.

Daxili işlər naziri Abdulreza Rəhmani Fəzli dövlət televiziyasında bəyan edib ki, iranlıların dinc etiraz hüququ var. Amma etirazçılar ictimai mülkiyyətə zərər vurarsa və vandalizm aktlarını davam etdirərsə təhlükəsizlik qüvvələri sakitliyi bərpa etmək üçün qətiyyətli addımlar atacaq.

“Təhlükəsizlik qüvvələri indiyə qədər təmkin nümayiş etdirib və etirazlara dözüb. Lakin nsanların rahatlığı və təhlükəsizliyi bizim prioritetimiz olduğu üçün əgər ictimai əmlaka və şəxsi mülkiyyətə hücumlar davam edərsə onlar sərt addımlar atacaqlar”,-nazir deyib.

https://www.facebook.com/AN.T.Farsi/videos/730320760798040/?epa=SEARCH_BOX

 

Related Articles

Bir cavab yazın

Back to top button