Elm & Texnologiyaİran

İranda “Buşer” NES-nın ikinci blokunun tikintisinə başlanılır

Gələn həftə “Buşer” Nüvə Elektrik Stansiyasının ikinci blokunun fundamentinə sement tökülmə işləri başlanacaq.

Aznews.tv xəbər verir ki, bunu İranın Nüvə enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib.

Qeyd etmək lazımdır ki, 2014-cü ildə İran və Rusiya “Buşer” stansiyasının ikinci və üçüncü bloklarının tikintisi (“Buşer-2” layihəsi) barədə müqavilə imzalayıblar.

Layihənin başlanğıc mərasimi 2016-cı ilin sentyabrın 10 təsadüf edir.

İki yeni blokun ümumi gücü 2,1 min MeqaVatt təşkil edəcək.

İkinci blokun tikintisinin bitməsi 2024, üçüncüsünün isə 2026 ildə planlaşdırılıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button