Ölkə əhalisi, iqtisadi vəziyyətin ağırlaşdığı səbəbindən gəlirlərin az, xərclərin isə çoxluğu arasındakı böyük fərqi müxtəlif yollarla mümkün qədər azaltmağa çalışır.
Bu səbəbdən az gəlirli ailələr tərəfindən normal mənzil əvəzinə damların üstünün və evaltı avtomobil parkinqlərinin kirayəsi bir neçə ildir daha da artıb.
Həmçinin əhali gündəlik xərclərini qarşılaya bilmək üçün bir neçə peşə ilə məşğul olmağa üz tutublar.
İran Fəhlələrinin Peşə Assosiyasiyaları Ali Mərkəzinin baş katibi Hadı Əbəvi bu barədə deyib: “fəhlələrin 70 faizi məişətlərini qarşılaya bilmək üçün məcburən digər peşə ilə də məşğul olurlar.”
Belə bir vəziyyətdə mütəxəssislər İranın qarşıdakı ilində, başqa sözlə mart ayından sonrakı aylarda inflyasıyanın 50 faiz artacağını proqnozlaşdırıblar.
Dövlət isə bu miqdarda inflyasiya qarşılığında maaş və əmək haqlarının 20 faiz artırılmasını qərara alıb.
Bu qərarin nəticəsi olaraq cəmiyyətdə məişət çətinliklərinin daha da artacağı və yeni müstvidə iqtisadi-sosial problemlərin törənəcəyi bildirilib.