Site icon Aznews TV

İranda dərman qıtlığı ilə bağlı etiraz aksiyaları keçirilib

Cari ildə İranda dərman təminatı üçün təklif olunan məbləğ 105 trilyon tümən olsa da, hökumət buna 65 trilyon tümən ayırıb. Bir qrup hemofiliyalı xəstə ailələri Tehranda Qida və Dərman Təşkilatının inzibati binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Etirazçılar xəstələrə lazım olan həyati vacib dərmanları əldə edə bilmədiklərini, nadir hallarda qara bazarda tapılan dərmanların isə həddindən baha olduğunu deyiblər.

#İran

Exit mobile version