az

İranda dərman qıtlığı ilə bağlı etiraz aksiyaları keçirilib

Ölkədə dərman qıtlığı pik həddə çatıb. Bu barədə İranın Qida və Dərman Təşkilatının rəhbəri Seyid Heydər Məhəmmədi açıqlama verib.

Cari ildə İranda dərman təminatı üçün təklif olunan məbləğ 105 trilyon tümən olsa da, hökumət buna 65 trilyon tümən ayırıb. Bir qrup hemofiliyalı xəstə ailələri Tehranda Qida və Dərman Təşkilatının inzibati binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Etirazçılar xəstələrə lazım olan həyati vacib dərmanları əldə edə bilmədiklərini, nadir hallarda qara bazarda tapılan dərmanların isə həddindən baha olduğunu deyiblər.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button