İran

İranda daha 2 azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verilməyib

İranda daha 2 azərbaycanlı ailənin övladına kimlik vəsiqəsi verilməyib. Səbəb kimi isə ailələrin övladları üçün türkcə adlar seçməsi bildirilir. Belə ki, Təbrizdə yaşayan Həsən Əmirpur Çaxırlı instaqram səhifəsində Anar adı verdiyi övladının dünyaya gəlməsindən 70 gün keçdiyini qeyd edib. Buna baxmayaraq Səbt Əhval İdarəsi uşağa kimlik vəsiqəsi verməkdən imtina edir. Vəsiqənin verilməməsi azyaşlıya vaksinin vurulmaması kimi bir sıra çətinliklərə yol açıb. Övladına Sevgi adı verən başqa bir ailə də eyni problemlə üzləşib. Sevginin atası Mehdi Qiyasi instaqram səhəfəsində öz şikayətlərini dilə gətirib. Onun sözlərinə görə, Sevgi adı qoyulan bir çox azyaşlıya kimlik vəsiqəsi verilib. Bu məsələ Səbt Əhval Təşkilatına göndərilən rəsmi məktublarda da öz əksini tapıb. Ancaq sözügedən qurumun müdirinin yeni əmri ilə azərbaycanlı valideynlərin milli ad seçmək hüquqları əllərindən alınıb. Övladına Ayıl adı verən Səccad Coulani də qızı üçün kimlik vəsiqəsi ala bilməyib. Qeyd edək ki, İranda kimlik vəsiqəsi olmayan hər bir uşaq bütün ictimai, təhsil və tibbi xidmətlərdən məhrum olur. Vurğulayaq ki, doğulduğu andan uşağa ad verilməsi hüququ Uşaq Hüquqları haqqında Beynəlxalq Konvansyonda yer alır. İran hökuməti də bu sənədi imzalayan ölkələrdən biridir. Ancaq İran sənəddəki öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.

Related Articles

Bir cavab yazın

Back to top button