İran

İranda daha 75 nəfər koronavirusdan həyatını itirib

İranda son 24 saatda daha 75 nəfər koronavirusdan dünyasını dəyişib. Bunu İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da ölkədə virus qurbanlarının sayı 57 225 nəfərə çatıb.
Vəzirlik rəsmisi bildirib ki, İranda ötən 1 gündə 6 305 nəfər koronavirusa yoluxub. Beləliklə, virusa yoluxanların sayı 1 360 825 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 134 nəfərin durumu isə ağırdır.
İranda indiyədək 1 151 676 nəfər koronavirusdan müalicə olunaraq sağalıb. 8,79 milyondan çox test həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button