İran

İranda daha 91 nəfər koronavirusdan ölüb

İranda son 24 saatda daha 91 nəfər koronavirusdan həyatını itirib. Bu müddət ərzində 10 250 nəfər isə mərizliyə yoluxub. Məsələ ilə bağlı İranın Sağlıq Vəzirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib. Rəsmi amara əsasən, virus qurbanlarının sayı 62 569 nəfərə, mərizliyə tutulanların sayı isə 1 875 234 nəfərə yüksəlib. Vəzirlik rəsmisi bildirib ki, ölkədə pandemi ərzində 1 608 807 nəfər müalicə olunaraq sağalıb. Hazırda 3 953 nəfərin durumu ağır olaraq qiymətləndirilir.
İranda ümumilikdə 12 751 397 test həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button