İran

İranda daha 9310 nəfər koronavirusa yoluxub

İranda son 24 saatda 81 nəfər koronavirusdan həyatını itirib. Bununla da ölkədə virus qurbanlarının sayı 62 478 nəfərə yüksəlib. Məsələ ilə bağlı İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari açıqlama verib. Onun sözlərinə görə, İranda ötən bir gündə 9310 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə təhlükəli virusa yoluxanların sayı 1 864 984 nəfərə çatıb. Virus daşıyıcılarından 3940 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button