İran

İranda daha 97 nəfər təhlükəli infeksiyadan həyatını itirib

Son 24 saatda İranda 97 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari bilgi verib. Vəzirlik rəsmisi bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı 56 457 nəfərə yüksəlib. Sima Sadat Larinin sözlərinə görə, İranda ötən 1 gündə 6 317 nəfər mərizliyə yoluxub. Bununla da İranda virusa yoluxanların sayı 1 305 339 nəfər olub. Rəsmi açıqlamaya əsasən, mərizlərdən 4 469 nəfərin durumu ağır olaraq qiymətləndirilir. Sima Sadat Lari deyib ki, İranda indiyədək 1 094 388 nəfər koronavirusdan müalicə olunaraq sağalıb

Related Articles

Bir cavab yazın

Back to top button