Azərbaycanİran

İranda hava çirkliliyindən ölənlərin statistikası açıqlanıb

Tehranın Təcili Yardım Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Şervin Təbrizi mediaya verdiyi açıqlamada hava çirkliliyin səbəbindən İranda ildə 40 min nəfərin öldüyünü açıqlayıb

O, dekabrın 19-da mediaya verdiyi açıqlamada yalnız 15-16 dekabr tarixləri arasında Tehranda 2400 nəfərin ürək və tənəffüs problemləri səbəbindən xəstəxanalara müraciət etdiklərini deyib.

Qeyd edək ki, bir müddən öncə İranın Ətraf Mühit Təşkilatının Milli Hava və İqlim Dəyişikliyi Mərkəzinin rəhbəri Daryuş Güləlizadə ötən il ərzində hava çirkliliyi səbəbindən ölkədə 21 min nəfərin həyatını itirdiyini demişdi:

“Ölkədəki 25 milyon avtomobildən təxminən 6,5 milyon ədəd, 12 milyon motosikletin isə 90 faizə yaxınının köhnə olması hava çirkliliyinin təhlükəli səviyyəyə çatmasına səbəb olur”.

Related Articles

Bir cavab yazın

Back to top button