İran

İranda daha bir etnik bəluç edam edildi

Bəluç Fəalları Kampaniyasının məlumatına görə, mayın 31-i səhər saatlarında Damğan zindanında saxlanılan etnik bəluç vətəndaş edam olunub.

Zahidan sakini olan 33 yaşlı Allahnəzər İsmailzehi adlı vətəndaşın 2019-cu ilin əvvəllərində “narkotik maddə daşımaq” ittihamı ilə edam cəzasına məhkum edildiyi bildirilir.

Məlumatlı mənbələrdən biri bu barədə deyib: “Allahnəzər İsmailzehinin adına qeyd olunmuş narkotik maddə onun həbsindən bir gün sonra boş bir maşında aşkarlanıb və bunun Allahnəzərlə heç bir əlaqəsi olmayıb”.

Sözügedən mənbə daha sonra qeyd edib ki, Allahnəzər həbs edildikdən sonra ağır işgəncələr altında həmin narkotiklərin ona aid olduğunu qəbul etmək məcburiyyətində qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button