![](https://www.aznews.tv/wp-content/uploads/2022/07/Iranda-dollar-yenidən-bahalasdi-780x470.jpg)
Dohada aparılan atom danışıqlarının nəticəsiz qalması və BMT-nin Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı baş verən proseslər ölkədə dolların məzənnəsinə təsirsiz ötüşməyib.
Belə ki, bu gün yayılan məlumatlarda İranda 1 dolların məzənnəsinin 32 min tüməni keçdiyi müşahidə edilir.
İrana qarşı yeni sanksiyaların qəbul edilmə ehtimalı olduğundan yaxın vaxtlarda ölkədə dolların daha da bahalaşacağını düşünmək olar.