Dünya

Amerika İranla əməkdaşlığa görə 12 Çin şirkətinə sanksiya tətbiq etdi

Amerika Ticarət Nazirliyi Çində yerləşən 12 şirkətin adını İrana qarşı tətbiq edilən sanksiyaları pozduğuna görə ixracına məhdudiyyət qoyulacaq şirkətlər siyahısına daxil etdiyini açıqlayıb.

Amerika hökumətinin rəsmi “Federal Register” qəzetinin iyunun 30-da yaydığı hesabata görə, Çində yerləşən bu 12 şirkət saxta yolla Amerika mənşəli elektron komponentləri İrana ixrac edib və nəticədə İranın hərbi sektoruna dəstək olub.

Amerika Ticarət Departamenti deyir ki, 12 Çin şirkəti bu nazirliyin qara siyahısına salınıb.

Ticarət Nazirliyi Çin şirkətlərini bu ölkənin milli təhlükəsizliyi və xarici siyasət maraqları ilə ziddiyyət təşkil edən fəaliyyətlərdə ittiham edib.

Ticarət Departamentinin Sənaye Təhlükəsizliyi Bürosu  şirkətlərin adlarının monitorinqi, nəzərdən keçirilməsi və bu siyahıya əlavə edilməsi üçün məsuliyyət daşıyır.

Bu siyahıda olan şirkətlərə Amerika məhsullarını ixrac etmək qadağandır və onların xüsusi mallarını almaq və ya ixrac etmək üçün xüsusi lisenziya tələb olunur.

Related Articles

Bir cavab yazın

Back to top button