İran

İranda dörd ərəb fəal həbs olundu

İranda dörd ərəb fəal həbs saxlanılıb. Bu barədə İnsan haqları təşkilatları və ərəb fəalları məlumat yayıb.

Məlumata görə, Əbdülsadə Üzari, Cümə Nüami, Həsən Neysi və Mustafa Xosrəci adlı dörd Əhvaz ərəbi İran təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar.

Fəalların dini mərasim keçirdikləri zaman saxlanıldıqları və onların saxlanılma yeri və ittihamları barədə hər hansı açıqlama verilmədiyi qeyd olunur.

Qeyd edək ki, iki gün öncə İran təhlükəsizlik qurumu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq Xuzistan əyalətində xarici ölkələrdən birinə bağlı olan casusluq şəbəkəsinin ifşa edilməsi, şəbəkə üzvlərinin həbs olunması və çox sayda silah-sursatın ələ keçirilməsi barədə məlumat yayıblar.

İran hökuməti özəlliklə Sistan və Bəluçistan, Xuzistan əyalətində yaşayan fəallara qarşı davamlı olaraq casusluq ittihamı irəli sürür və hər il onlarla bəluç və ərəb bu ittihamla edam edilir.

Related Articles

Bir cavab yazın

Back to top button