Azərbaycanİran

İranda edama məhkum edilən azərbaycanlı işgəncə edilib

Etiraz aksiyasında yarım hərbi Bəsic üzvünün öldürülməsində rol oynadığı iddia edilən azərbaycanlı Həmid Qarahəsənliyə işgəncə verilməsi ilə bağlı foto yayınlanıb.

Həmid Qarahəsənli işgəncə edildikdən sonra  qabırğaları sındırılmış vəziyyətdə xəstəxanaya yerləşdirilib, o, özünə gəldikdən sonra vəkilləri onun fotosunu çəkə biliblər.

İran məhkəmə sisteminin sözçüsü Məsud Setayişi dekabrın 6-da Həmid Qarahəsənlinin edam, həyat yoldaşı Fərzanə Qarahəsənlinin isə 25 il həbs cəzasına məhkum edildiklərini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button