İran

İranda etirazçılara qarşı zorakılıq və internet məhdudiyyətləri ilə bağlı BMT narahatlığını ifadə edib

İnsan Hüquqları üzrə Ali Komissarlığın sözçüsü İranda təhlükəsizlik qüvvələri tərəfindən etirazların yatırılmasından, rabitə xətləri, internet və sosial şəbəkələrdən istifadəyə qoyulan məhdudiyyətlərdən narahatlığını bildirib.

Beynəlxalq Əfv Təşkilatı həmçinin Məhsa Əmininin həbsdə ölümünə görə məsuliyyəti daşıyanların cəzalandırılması üçün təcili qlobal tədbirlər görməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şəmdsani bununla bağlı bəyanat yayıb.

“Biz İrandakı etirazlara təhlükəsizlik qüvvələrinin davam edən zorakı reaksiyasından, eləcə də sabit və mobil telefonlarının, internet və sosial media platformalarının istifadəsini məhdudlaşdıran tədbirlərdənçox narahatıq”,- deyə, o bildirib.

Ravina Şəmdsani İranda cərəyan edən kütləvi etiraz aksiyaları zamanı hökumət məmurlarının vətəndaşlara qarşı odlu silahlardan atəş açdığını, minlərlə insanın həbs edildiyini, çox sayda yaralının olduğunu qeyd edib.

İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü İran rəsmilərinin 41 nəfərin öldürüldüyünü təsdiq etmələrinə toxunaraq bu sayın deyilənlərdən çox ola biləcəyi ehtimalından nigəran olduğunu söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button