İran

İranda etnik bəluçlar 23-cü həftə olaraq etiraz aksiyaları keçiriblər

İranın Sistan və Bəluçistan əyalətində kompakt yaşayan sünni məzhəbli etnik bəluçlar martın 10-da hökumət əleyhinə nümayiş keçirirlər.

Əyalət mərkəzi Zahidan şəhərinin Məkki məscidində cümə namazından sonra başlayan aksiyaya minlərlə insan qoşulub.

Məkki məscidindən küçələrə axışan etirazçılar hökumət əleyhinə şüarlar səsləndiririb, siyasi məhbusların azad edilməsini tələb ediblər.

Cümə imamı Moləvi Əbdülhəmid etirazçılardan Əli Xamənei əleyhinə şüarlar səsləndirməmyi xahiş etsə də nümayişçilər buna əhəmiyyət verməyib.

Çox sayda təhlükəsizlik və xüsusi təyinatlı qüvvənin aksiyaların mərkəzi olan Məkki məscidinin ətrafına toplanması, bölgənin mühasirəyə alınmasına baxmayaraq, narazılar “uşaq qatili hökuməti istəmirik”, “azadlıq, azadlıq” və “and olsun öldürülənlərin qanına, sona kimi dirənəcəyik” şüarları səsləndiriblər.

Bununla yanaşı əyalətin Rask, Türkmənlərin Kompakt yaşadığı Gülüstan əyalətinin Gərgic şəhərində də oxşar aksiyalar keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button