Azərbaycanİran

İranın keçmiş səfirləri və yüksək vəzifəli diplomatlarının xəbərdarlıq bəyanatı

İranın bir sıra keçmiş diplomatları çərşənbə günü bəyanat yayaraq, İran İslam Respublikasının Ukraynadakı müharibə ilə bağlı siyasətini tənqid edərək, bunu ölkənin maraqlarına zidd olduğunu bildirib və həmçinin nüvə danışıqlarının nəticəsiz qalması ilə bağlı xəbərdarlıq ediblər.

İranın kamikadze dronlarının Ukrayna savaşında istifadə üçün Rusiyaya ixrac edilməsinə toxunan diplomatlar yazıblar: “İran hökuməti qanuni olaraq neytrallığı pozmasa da, sual ondan ibarətdir ki, İranın Ukrayna müharibəsinə hazırkı yanaşması rejimin maraqlarına uyğundurmu və buna kifayət qədər diqqət ayırıbmı?”

Qeyd edək ki, İran Ukrayna savaşında istifadə üçün Rusiyaya insansız uçaqlar göndərməklə bağlı məlumatı dəfələrlə rədd edib. Bununla belə, Ukrayna hökuməti və Qərb rəsmiləri Rusiyanın Ukrayna infrastrukturuna və mülki obyektlərinə hücumlarında İran dronlarindan istifadə etdiyini göstərən çoxlu sənədlərin olduğunu deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button