Azərbaycanİran

Övladına türk adı qoymuş azərbaycanlı ana 5 ildir onun sənədini ala bilmir

İranda türk mənşəli Huntay adlı uşağın şəxsiyyətini bildirən sənəd verilmir. Bu barədə onun anası Sevda Fərəczadə sosial media hesabında paylaşım edib.

Qadın bildirib ki, İranın Qeydiyyat İdarəsi 5 ildir ki, Güney Azərbaycanın Culfa şəhərindən olan Huntaya doğum şəhadətnaməsi verməkdən imtina edir.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

#Azerbaycaninguneyi

Related Articles

Bir cavab yazın

Back to top button