Site icon Aznews TV

İranda gənclərin 77%-i nə işləyir, nə də təhsil alır

İranın Əmək və İctimai Rifah Nazirliyinin statistikasına görə, İranda əvvəllər 30% göstərilən “NEET”lərin səviyyəsi, hazırda ölkənin Statistika Mərkəzinin son məlumatında 2018-2020-ci illər ərzində 70-77% olaraq qeyd edilib.

Təəssüflər olsun ki, bu statistika İranı dünya miqyasında ön sıralara daşıyır. İranın Statistika Mərkəzinin son hesabatına əsasən, 2020-ci ildə 15-24 yaşlarında olan 10,5 milyon gəncdən 8,1 milyonu “NEET”dir və onlar ölkədə bu yaşlarda bütün gənclərin 77%-ni təşkil edirlər.(https://t.me/AzadIranTelegram/8803)

Exit mobile version