İran

İranda həbs edilən müəllim və şagirdlərin statistikası

Son 9 ay ərzində İranın müxtəlif bölgələrində 47 müəllim və 110 şagird həbs edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onların bəzilərinə qarşı ağır ittihamlar irəli sürülüb, uzun müddətli həbs və şallaq cəzasına məhkum ediliblər.

Bununla yanaşı İran Müəllimlər Birliyi bəyanat yayaraq, narazı müəllimlər, tələbələr və şagirdlərə qarşı təzyiqləri pisləyib.

Təşkilat hazırda ölkədə 960 min şagirdin təhsilini yarımçıq tərk etdiyinə toxunaraq, bunun hakim sistemin ədalətsiz siyasətlərinin nəticəsi olduğunu qeyd edib.

Qeyd edək ki, müəllimlərin cəzalandırılması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb, yüzlərlə tələbənin təhsilinə qadağa qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button