İran

İranda hər üç nəfərdən ikisi VPN-dən istifadə edir

Rəqəmsal reklam platforması Etanet-in illik hesabatı göstərir ki, İranda hər üç istifadəçidən ikisi VPN-dən istifadə edir. Bildirilir ki, istifadə edənlərin 97%-i 15-17 yaşlı gənclərdir.

İranda sosial şəbəkələrə nəzarətin artırılmasından və filtrdən keçirilməsindən sonra əhalinin 89%-i VPN-dən istifadə etməyə başlayıb. Hazırda İranda VPN-in orta satış qiyməti ən azı 60 min tüməndir. Filtrlənmiş platformaların istifadəçilərinin yalnız 20%-nin pullu VPN-lərdən istifadə etdiyini fərz etsək, ayda 540 milyard tümənə (12 milyon dollara yaxın) ekvivalent rəqəmə çatırıq.

Qeyd edək ki, hökumətin bir hissəsi VPN biznesində iştirak edir və bundan böyük gəlir əldə edir.

Related Articles

Bir cavab yazın

Back to top button