İran

İranda hava çirkliliyi hər il minlərlə insanın ölümünə səbəb olur

Bu barədə səhiyyə nazirinin müavini məlumat verib.

İranın səhiyyə nazirinin müavini Möhsün Fərhadi mediaya verdiyi açıqlamad İranda hər il minlərlə insanın hava çirkliliyi səbəbindən həyatını itirdiyini açıqlayıb.

Onun sözlərinə görə, hava çirkliliyinin yaratdığı tənəffüs problemləri və başqa xəsətliklər üzündə hər il ortalama 4400 nəfər dünyasını dəyişir.

“Təbriz, Tehran, Məşhəd, Şiraz, İlam, Sənəndəc, Xurrəmabad, Kərəc, Kirmanşah, Həmədan və b. şəhərlərdə hava çirkliliyinin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi orta göstəricisindən 6 dəfə yüksəkdir”-deyə, Fərhadi bildirib.

O, bu səbəbdən ölənlərin hamısının ürək-damar, tənəffüs və ağciyər xəstəliklərinə yoluxduqlarını, bir sıra şəxslərdə isə əlavə problemlər yaradaraq onların ömrünü qısaltdığını söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button