Site icon Aznews TV

İranda hökumət qüvvələri güneyli fəalın evinə basqın edib

Fəalın evdə olmadığını görən təhlükəsizlik qüvvələri evin qapısını zorla qırıb mənzilə daxil olaraq, qardaşı və bacısını vəhşicəsinə döyüblər. Döyülmə nəticəsində Şəhab Bərzgər və xanım Şadi Bərzgər ciddi xəsarət alıblar.

Qeyd edək ki, güneyli milli fəalların Urmu gölünün acınacaqlı vəziyyətinə və İran rejiminin gölü bilərəkdən qurutmaq siyasətinə etiraz etmək üçün şənbə günü aksiya çağırışından sonra, təhlükəsizlik qüvvələri zorakılığa və repressiv addımlara əl atıblar.

Exit mobile version