Azərbaycan

İranda hökumət qüvvələri güneyli fəalın evinə basqın edib

Sosial şəbəkələrdə yayılan məlumata görə, iyulun 13-ü günorta saatlarında İranın əmniyət gücləri azərbaycanlı milli fəal Şahin Bərzgərin evinə hücum çəkərək, onu həbs etmək istəyiblər.

Fəalın evdə olmadığını görən təhlükəsizlik qüvvələri evin qapısını zorla qırıb mənzilə daxil olaraq, qardaşı və bacısını vəhşicəsinə döyüblər. Döyülmə nəticəsində Şəhab Bərzgər və xanım Şadi Bərzgər ciddi xəsarət alıblar.

Qeyd edək ki, güneyli milli fəalların Urmu gölünün acınacaqlı vəziyyətinə və İran rejiminin gölü bilərəkdən qurutmaq siyasətinə etiraz etmək üçün şənbə günü aksiya çağırışından sonra, təhlükəsizlik qüvvələri zorakılığa və repressiv addımlara əl atıblar.

Related Articles

Bir cavab yazın

Back to top button