Azərbaycanİran

İranda hökumət qüvvələri güneyli gənci qətlə yetirdi: Bacısı qardaşının məzarı üstündə saçlarını kəsdi

Qəzvində güneyli gənc Cavad Heydəri hökumət əleyhinə etirazlar zamanı İran rejiminin təhlükəsizlik qüvvələrinin baş nahiyəsindən açdığı atəşlə güllələnərək öldürülüb.

36 yaşlı Cavad Heydəri kənd təsərrüfatı üzrə təhsil alıb və iqtisadi fəaliyyətlə məşğul olub. Cavadın atası Əlipənah Heydəri bu barədə deyib: “Oğlum arxadan hədəf alınıb və o, ağır qanaxma və təhlükəsizlik qüvvələrinin onu xəstəxanaya çatdırmaqdan imtina etməsi nəticəsində dünyasını dəyişib”.

Cavad Heydərinin bacısı İran rejiminin anti-qadın və repressiv siyasətinə etiraz olaraq qardaşının məzarı üstündə saçını kəsərkən Azərbaycan dilində “Qardaşım!” deyə fəryad edir.

Qəzvinli gəncinin yaxınları da səlahiyyətlilərə xitabən deyiblər: “Necə o dünyada cavab verəcəklər?” Allah lənət eləsin!”.(Azad ıran)

Related Articles

Bir cavab yazın

Back to top button