İran

İranda inflyasiya 41,4 faizə yüksəlib

İranda nöqtei təvərrümün nisbəti bu ilin oktobrında yüzdə 41.4-ə yüksəlib. Beləliklə, iranlı ailələr bu ilin oktobrında eyni mal və xidmətlər toplusu almaq üçün 2019-cu ilin oktobrına nisbətən orta hesabla yüzdə 41,4 çox pul xərcləyiblər. Bu ilin oktobrında nöqtei təvərrümün nisbəti öncəki aya görə yüzdə 7 vahid artıb. Yemək, içki və tütün məhsulları üzrə nöqtei təvərrümün nisbəti yüzdə 9 vahid artaraq yüzdə 40,5 -ə, qeyri-ərzaq malları və xidmətləri qrupu isə yüzdə 6 vahid artaraq yüzdə 41,9-ə yüksəlib. Sözügedən dövrdə şəhər ailələri üçün nöqtei təvərrümün nisbəti öncəki ayla müqayisədə yüzdə 6,8 vahid artaraq yüzdə 41,3 təşkil edib. Kənd üçün isə bu nisbət öncəki ayla müqayisədə yüzdə 8.1 vahid artaraq yüzdə 42.2 olub.

Related Articles

Bir cavab yazın

Back to top button