AzərbaycanDünya

Daşkənddə Şuşaya həsr olunmuş tədbir keçirilib

Daşkənd şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş tədbir təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bayram tədbiri Şuşadakı “Xarıbülbül” beynəlxalq festivalı çərçivəsində gerçəkləşdirilib.

Tədbirdə çıxış edən mərkəzin İdarə Heyətinin sədri Mobil Məmmədov qədim Şuşa şəhəri barədə məruzə ilə çıxış edib.

Sonra bu yaxınlarda Şuşaya səfər etmiş kinorejissor Eldar Məmmədovun mədəniyyət paytaxtından bəhs edən sənədli filmi nümayiş etdirilib.

Tədbirdə “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Xasay Abdullayev, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, əslən şuşalı olan Əli Nəsirli, Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Gənclər Mərkəzinin sədri, Şuşada keçirilmiş Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı Həzrətəli Sarızadə qədim şəhərimizlə bağlı unudulmaz təəssüratlarını və Qarabağın adı çəkiləndə hər bir azərbaycanlının hiss etdiyi sevinci bölüşüblər.

Sonra mərkəzin gənc fəallarının Şuşaya həsr etdikləri təqdimat nümayiş etdirilib, məktəblilərin ifasında Azərbaycan və rus dillərində Şuşaya və Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib.

Konsert proqramı ilə davam edən tədbirin sonunda iştirakçılara fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə dair təşkil olunmuş sərgidə Şuşa şəhərinə həsr olunmuş guşə yaradılıb.

Related Articles

Bir cavab yazın

Back to top button