İran

İranda işçilər kütləvi etirazlar keçirir

Əhvazın Mahşəhr şəhərindəki Razi Petroşimi Şirkətinin bir qrup işçisi bu gün səhər etiraz mitinqi keçirib. Belə ki, 650-yə yaxın işçi aylıqlarının verilməsində ədalətsizlikdən şikayətləniblər. Habelə onlar nümayəndələrinin şirkətə girməsinə icazə verilməməsinə aydınlıq gətirilməsini istəyiblər.
məlumata görə, etirazçılar əmək haqlarının və iş bölgüsü tərhinin yenidən nəzərdən keçirilməsini istəyiblər. Qeyd edək ki, problemin başqa tərəfi isə Əhvazda nəqliyə servisinin pis hava şəraitinə uyğun olmamasıdır.
Habelə İsfahanın Petroş.ŞÇMimi Şirkətinin, Əhvaz ustanındakı “Abadan”, Hormozqan ustanındakı “Parsian” və Fars ustanındakı “Lamerd” neft paalayişqahlarının işçiləri də etirazlar təşkil ediblər.
Qeyd edək ki, Əhvazdakı “Həft Təpə” Şəkər Sənayesi Şirkəti işçilərinin etiraz mitinqi 51 gündür davam edir. İşçilərdən 2-si və onları himayət edən bir mədəni fəal 5 il həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button