Dünyaİran

İranın Londondakı səfirliyinəhücum olub

Etirazçılar İranın Londondakı səfirliyinə hücum etdi, bayrağı aşağı endirdilər

Londonda bir qrup iranlı etirazçı oktyabrın 9-u bazar günü axşam saatlarında İran İslam Respublikasının Britaniyadakı səfirliyinə hücum ediblər.

Etiraz edənlər səfirliyin binası önündəki lövhəni qolarıb, İran bayrağını aşağı endirərək yerinə “şir və günəş bayrağı” asıblar.

Hadisə iştirakçıları İran hökumətinin ölkə daxilində etirazçılara qarşı şiddətli repressiyalarına cavab olaraq bu hərəkətə əl atdıqlarını bildiriblər.

London polisinin verdiyi məlumata görə, hadisə iştirakçılarından 5 nəfər yerində, biri qadın olmaqla daha 3 nəfər isə sonradan saxlanılıb.

Qeyd edək ki, oxşar hadisə avqustun 4-də Azərbaycan Respublikasının Londondakı səfirliyində də həyata keçirilib.

Səfirliyə hücum edən radikal dini qruplaşmanın üzvləri Azərbaycan bayrağını yerə atıb, onun yerinə “ya Hüseyn” yazılan bayraqlar asıblar.

İran hökuməti bu hərəkətdə əli olmadığını iddia etsə də, bir sıra media orqanları bu hadisə də İran hökumətinə bağlı qüvvələrin rolu olduğunu yazmışdılar.

Azərbaycan səfirliyinə hücum xəbərini İran hökumətinə bağlı media geniş işıqlandırıb və bundan məmnunluq ifadə etmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button