İran

İranda koronavirusla bağlı son vəziyyət

İranda ötən 24 saatda 93 nəfər koronavirusdan ölüb. Bunu İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda virusdan ölənlərin sayı 57 150 nəfərə çatıb. Ölkədə ötən 24 saatda 6 204 nəfər koronavirusa yoluxub. Beləliklə, yoluxanların sayı 1 354 520 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 168 nəfərin durumu ağırdır. Vəzirlik rəsmisi İranda indiyədək 1 144 549 nəfərin koronavirusdan sağaldığını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button