İran

İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

İranda son 24 saatda 7 min nəfər koronavirusa yoluxub, 62 nəfər isə həyatını itirib. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari bilgi verib. Onun sözlərinə görə, ölkədə virus qurbanlarının sayı 58 945 nəfərə yüksəlib.
Vəzirlik rəsmisi bildirib ki, İranda ötən bir gündə 7 390 nəfər koronavirus mərizliyinə yoluxub. Bununla da İranda virusa tutulanların ümumi sayı 1 518 263 nəfərə çatıb. Virus daşıyıcılarından 3 709 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.
Rəsmi məlumata əsasən, İranda indiyədək 1 298 023 nəfər bu mərizlikdən sağalıb. Ölkədə ümumilikdə 10 milyondan çox test həyata keçirilib. Hazırda ölkənin şəhristanlarından 9-u qırmızı, 39-u narıncı, 228-i sarı, 172-si isə mavi məntəqə hesab olunur.

 

Related Articles

Bir cavab yazın

Back to top button