İran

İranda mənzillərin qiyməti bahalaşıb

Son 7 ildə İranda evlərin qiyməti 7 qat bahalaşıb. Məsələ ilə bağlı İran Məclisinin Umran Komisyonunun üzvi Muştaba Yusifi bilgi verib. O, ölkədə 6 milyon 500 mindən çox şəxsin icarə evlərdə yaşadıqlarını diqqətə çatdırıb.
İran Mərkəzi Bankının amarlarına görə, Tehranda ötən il ev qiymətləri 1397-ci illə müqayisədə iki dəfə artıb. 1398-ci ildə isə bu rəqəm yüzdə 30-dan çox olub. Ölkədə il ərzində 1 milyon yeni mənzilin tikilməsinə ehtiyac olduğu halda, bu yöndə lazımi işlər görülmür. Ev kirayələrinin artması da əhalinin mali durumunu daha da çətinləşdirir.

Related Articles

Bir cavab yazın

Back to top button