İran

İranda mövcud iqtisadi vəziyyət

İranda iqtisadiyyatın mövcud vəziyyəti ölkədə böhran şəraitinin hökm sürdüyünü deməyə əsas verib. Özəlliklə mali imkanların hakim dairələrin nəzarətində olması iqtisadi nizamın pozulmasına təsir göstərib. Son illər Amerika tərəfindən İranın nüfuzlu şirkətlərinə qarşı təhrimlərin tətbiqi ölkənin ticarət bəxşinin də zəifləməsinə səbəb olub. İran iqtisadi çətinliklər əsnasında nəft və nəft məhsulları satışının gerçəkləşdirilməsində də problemlərlə üzləşib. Bu səbəbdən də Tehran hakimiyyəti yeni stratejinin həyata keçirilməsinə çalışır. Dövlət mal varlıqlarını özəlləşdirmək adı altında geniş bir propaqanda başladaraq, insanların bursa sövq edilməsinə çalışır. Bu proses qısa müddətdə on minlərlə insanın burs bazarına çağırılmasına səbəb olub.
Qeyd edək ki, sözügedən sahəyə tələbatın sürətlə artması sərmayə yatırımlarına da təsirsiz ötüşmədi. İnsanlar qoyduqları sərmayədən yüksək miqdarda gəlir əldə edəcəklərini güman edərək, yatırımlarını artırmağa başlayır. Hissələrin sürətlə ucuzlaşması burs bazarına üz tutan insanların mali çətinliklərlə qarşılaşmasına yol açır. Beləliklə, sərmayə yatırımı edən insanlar hakimiyyətin dələduzluğuna etiraz etməyə başlayır. Tehran hakimiyyəti isə məsələ ilə bağlı hələ də rəsmi açıqlama vermək fikrində deyil.

Related Articles

Bir cavab yazın

Back to top button