Site icon Aznews TV

İranda narazı rejissorlar təhdid edilir

Tanınmış yazıçı və rejissor Məhəmməd Rəsulof özünün sosial media hesabında bununla bağlı paylaşım edib.

O, bildirib ki, təhlükəsizlik məmurları telefon açaraq rejissorlardan imzalarını geri götürmələrini və mediaya müsahibə verərək bəyanat əleyhinə çıxış etmələrini tələb edir.

Rəsulof paylaşımında məmurların bəyanat müəlliflərini həbs edəcəkləri və işləmələrinə mane olacaqları ilə təhdid etdiklərini bildirib.

Qeyd edək ki, adı çəkilən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

Exit mobile version