İran

İranda narazı rejissorlar təhdid edilir

Mayın 29-da 100 rejissor və kino sahəsi fəallının “silahını yerə qoy” başlıqlı bəyanatından sonra İranın təhlükəsizlik məmurları bəyanatı imzalayanları təhdid etməyə başlayıblar.

Tanınmış yazıçı və rejissor Məhəmməd Rəsulof özünün sosial media hesabında bununla bağlı paylaşım edib.

O, bildirib ki, təhlükəsizlik məmurları telefon açaraq rejissorlardan imzalarını geri götürmələrini və mediaya müsahibə verərək bəyanat əleyhinə çıxış etmələrini tələb edir.

Rəsulof paylaşımında məmurların bəyanat müəlliflərini həbs edəcəkləri və işləmələrinə mane olacaqları ilə təhdid etdiklərini bildirib.

Qeyd edək ki, adı çəkilən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button