İran

İranda narazı xalq Bəsic qüvvələrinin bazasına hücum edərək yandırdı

İranda son qiymət artımına etiraz əlaməti olaraq ölkənin Çaharmahal və Bəxtiyari əyalətinin Cunəqan şəhər sakinləri hökumətin könüllü Bəsic qüvvələrinin şəhərdə yerləşən bazasına hücum edərək tamamilə dağıdıb, daha sonra isə bazanı yandırıblar

Hadisə mayın 12-də meydana gəlib və şəhərin bahalığa etiraz edən narazı əhalisi hökumətin yarıtmaz siyasətinə etiraz olaraq hökumət əleyhinə müxtəlif şüarlar səsləndirib, daha sonra Bəsic qüvvələrinin bazasına hücum ediblər.

“Xameneiyə ölüm!” şüarları səsləndirən qəzəbli əhali dövlət bayrağını da yandırıb. Cunəqan gəncləri daha sonra bazanın lövhələrini dağıdaraq küçələrə atıb, qapı və pəncərələri sındırıb.

Əldə edilən başqa bir məlumata görə isə, Cunəqan şəhərinin imam-cüməsinin ofisi də narazı xalq tərəfindən dağıdılıb. Həmin narazı kütlənin “Rəisiyə ölüm!”, “Xameneiyə ölüm!” və “Xomeyniyə lənət!”, “Diktatora ölüm!” və “Lənətə gəlmiş mollalar!” kimi müxtəlif şüarlar səsləndirdiyi bildirilir.

Hakimiyyətin hadisə yerlərinə əmniyət güclərini cəlb etməsindən sonra polislərin ilk öncə gözyaşardıcı qazdan istifadə etdiyi, daha sonra isə havaya atəş açaraq əhalini qorxutmağa çalışdığı qeyd olunub. Əldə edilən son məlumatlara görə, şəhərdə internet məhdudlaşdırılıb və təhlükəsizlik qüvvələri narazı əhalini həbs etməyə başlayıb

Related Articles

Bir cavab yazın

Back to top button